Təhlükəsizlik Təhlili və Komplayns Xidmətləri

Təhlükəsizlik Təhlili və Komplayns Xidmətləri, informasiya təhlükəsizliyi ilə məşğul olan konsaltinq və yoxlama xidmətləri göstərən bir şöbədir.

TƏHLÜKƏSİZLİK TƏHLİLİ XİDMƏTLƏRİ

Təhlükəsizlik Təhlili Xidmətləri B&B Tədqiqat və İnkişaf şöbəsi tərəfindən hazırlanmış metodologiyaya uyğun olaraq təşkilatların mövcud təhlükəsizlik vəziyyətini qiymətləndirir və onun təkmilləşdirilməsi üçün həllər təqdim edir.

Təhlükəsizlik Əməliyyat Mərkəzinin Təhlili

Təşkilatlar fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyat Mərkəzinin durumunu qiymətləndirmək üçün təhlil xidmətidir.

Kiber Təhlükəsizlik Nəzarət – Boşluqların təhlili

Təşkilatlarda Kiber Təhlükəsizliyə Nəzarət üzrə boşluqları qiymətləndirmək üçün bir təhlil tədbiridir.

Yetkinlik modeli yanaşması Təhlükəsizlik Təhlili Xidmətlərinin təməl daşıdır və B&B Tədqiqat və İnkişaf şöbəsi tərəfindən hazırlanan yetkinlik modellərindən istifadə edərək təşkilatların hazırkı vəziyyətini müəyyənləşdirir. Sonra isə, cari hazırlıq dərəcəsinin sonrakı səviyyəsinə çatmaq üçün lazımı tədbirləri özundə əks etdirən planlar cədvəli “roadmap” hazırlanır.

KOMPLAYNS AUDIT VƏ KONSALTİNQ XİDMƏTLƏRİ

Müştərilərimizə, IT idarəçiliyinin yerli və beynəlxalq təhlükəsizlik standartlarına və qaydalara uyğun olması üçün komplayns auditi və konsaltinq xidmətləri təqdim olunur.

ISO 27001 Konsaltinq

Təşkilatlarda İSMS-in qurulması və istismarı üçün konsaltinq xidmətidir.

ISO 27001 Daxili Audit

Bu xidmət ISO 27001 tələblərinə uyğun olaraq təşkilatlarda artıq qurulmuş İSMS-in auditini əhatə edən xidmətdir.

TƏHLÜKƏSİZLİK MONİTORİNQ XİDMƏTLƏRİ

Təhlükəsizlik Əməliyyat Mərkəzimiz vasitəsilə müştərilərimizin infrastruktur təhlükəsizliyini və əlcatanlığının monitorinqini aparırıq. Normal iş parametrlərindən kənar bir hadisə olduqda müştərilərimizi xəbərdar edirik.


Analitik komandamız əvvəlcədən təyin olunmuş qaydalara uyğun hərəkət edir. İnsidentə cavabdeh komanda hər hansı bir hadisə baş verərsə birinci reaksiya verən qrup kimi çıxış edə bilər.

Müştərilərimizin təhlükəsizliyinin keşiyində dayanaraq onlara cari vəziyyətin daha yaxşı mənimsənilməsi uçün əlçatanlıq və təhlükəsizlik hadisələri barədə vaxtaşırı məlumatlar təqdim edirik.